Yazını böyüt
Yazını kiçilt
Bu ilin üçüncü rübündə Azərbaycanın Bahar yatağında qaz hasilatı gündə orta hesabla 19,4 milyon kub fut olub ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündə təxminən 0,6 milyon kub fut çoxdur.
Bu barədə hafta.az layihəni törəmə şirkəti BEOC vasitəsi ilə idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.
Şirkətin verdiyi məlumata görə, hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artıb.